AZ EN Əlaqə Saytın xəritəsi
GMT+4
 

Sistem haqqında

Məlumatların Elektron Açıqlanması Sisteminə (MEAS) dair ümumi məlumat

  • MEAS qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunverciliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur.
  • MEAS “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli 1504 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırlanmışdır.
  • MEAS Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən yaradılmış və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən 23 sentyabr 2015-ci il tarixində qeydiyyata alınmışdır. MEAS-ın müstəsna müəllif hüquqları QKDK-ya məxsusdur.
  • MEAS-ın fəaliyyətinin təşkili və idarə olunması QKDK tərəfindən təmin edilir.
  • Emitentlərin MEAS-da qeydiyyatı və məlumatların açıqlanması Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 3 fevral 2016-ci il tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması” Qaydalarına uyğun olaraq həyata keçirilir.
  • Məlumatların açıqlanması üçün MEAS-da yerləşdirilməsi və açıqlanmış məlumatların əldə edilməsi ödənişsiz qaydada həyata keçirilir.

 

MEAS-ın məqsədləri:

  • investorlara və qiymətli kağızlar bazarının digər iştirakçılarına dəqiq və dolğun məlumatların çatdırılması;
  • açıqlanan məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması;
  • investorlarla informasiya əlaqəsinin effektivliyinin artırılması;
  • məlumatların bir mənbədən və ödənişsiz qaydada əldə edilməsi;
  • məlumatlara nəzarətin effektivliyinin təmin edilməsi və informasiya asimmetriyasının aradan qaldırılması.