AZ EN Əlaqə Saytın xəritəsi
GMT+5
 

Sual-cavab

  • Emitentlər tərəfindən açıqlanan məlumatlar MEAS-da hansı müddət ərzində saxlanılır?

    MEAS-da emitentlər tərəfindən  açıqlanan məlumatlar açıqlandığı tarixdən 5 (beş) il və artıq müddətdə saxlanılır.

  • Məlumatlar MEAS-a hansı fayl formatında yüklənməlidir?

    Məlumatlar MEAS-a PDF sənəd formatında yüklənir.

  • Məlumatların yüklənməsi və əldə edilməsinə görə ödəniş və ya haqq tələb olunurmu?

    Məlumatların açıqlanması üçün MEAS-da yerləşdirilməsi və açıqlanmış Məlumatların əldə edilməsi ödənişsiz qaydada həyata keçirilir.

  • Məlumatlar MEAS-da və digər vasitələrdə hansı qaydada açıqlanır?

    Məlumatlar (illik və yarımillik hesabatlar istisna olmaqla) yalnız MEAS-da yerləşdirildikdən sonra, illik və yarımillik hesabatlar isə MEAS-da açıqlandıqdan sonra digər vasitələrdə açıqlana bilər.

  • Məlumatlar hansı vaxtlarda MEAS-a yüklənə bilər?

    Məlumatlar emitentlər tərəfindən istlənilən vaxt (24 x 7) MEAS-a yüklənə bilər.

  • MEAS-da açıqlanan məlumatların tamlığına və dürüstlüyünə görə məsuliyyəti kim daşıyır?

    MEAS-da açıqlanan məlumatların tamlığına və dürüstlüyünə görə məsuliyyəti emitentlər daşıyır.

  • Texniki problemlər səbəbindən məlumatların MEAS-da yerləşdirilməsi mümkün olmadıqda emitentlər nə etməlidirlər?

    Yaranan texniki nasazlıqlar nəticəsində Məlumatların yerləşdirilməsi mümkün olmadıqda, həmin Məlumatlar (illik və yarımillik hesabatlar istisna olmaqla) emitent tərəfindən fond birjasının və öz veb saytında (olduqda) açıqlanır, illik və yarımillik hesabatlar isə kağız daşıyıcıda QKDK-ya təqdim edilir.

  • MEAS-a yüklənən məlumatların açıqlanması vaxtları

    İş günləri saat 16:00-dək MEAS-da yerləşdirilmiş Məlumatlar (emitentin illik və yarımillik hesabatları istisna olmaqla) həmin gün, 16:00-dan sonra yerləşdirilmiş Məlumatlar isə növbəti iş günü MEAS-da açıqlanır.

  • MEAS-da yerləşdirilən məlumatlar hansı məzmunda açıqlanır?

    Məlumatların tamlığının təmin edilməsi üçün, emitent tərəfindən açıqlanmaq üçün təqdim edilən Məlumatlar həmin məzmunda açıqlanır.

  • Emitentlər məlumatları MEAS-da yerləşdirmək üçün nə etməlidirlər?

    Emitentlər məlumatları MEAS-da yerləşdirmək üçün “Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması Qaydaları”nın 5.1-ci bəndində müəyyən edilmiş avtorizasiya prosesini keçir və məlumatları MEAS-ın müvafiq bölməsinə yükləyirlər.

  • MEAS-da hansı məlumatlar açıqlanır:

    emissiya prospekti və ya informasiya memorandumu;
    emissiyanın yekunları haqqında hesabat;
    emissiyanın dayandırılması haqqında məlumat;
    emissiyanın baş tutmaması haqqında məlumat;
    Emissiya prospektində edilmiş dəyişikliklər;
    borc alınması məqsədilə qiymətli kağızların buraxılması bərədə məlumat;
    daşınmaz əmlak sertifikatlarının buraxılış şərtləri;
    qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı Məlumatlar:
    istiqrazların geri çağrılması barədə məlumat;
    qiymətli kağızların dövriyyədən çıxarılması haqqında;
    insayder əqdi barədə məlumat;
    emitentin qiymətli kağızlarında və ya törəmə maliyyə alətlərində təsbit edilmiş hüquqlarda baş vermiş hər hansı dəyişikliklər barədə məlumat;
    istiqraz üzrə təminatın predmetinin əvəz edilməsi barədə məlumat;
    emitentin təsis sənədləri;
    emitentin yarımillik və illik hesabatları;
    səhmdarların ümumi yığıncağının çağırılması barədə məlumat;
    emissiya prospektində və ya informasiya memorandumunda göstərilən kütləvi təklif üsulu ilə cəlb olunmuş vəsaitlərin istifadəsində baş vermiş dəyişikliklər barədə məlumat;
    xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar;
    insayd məlumat;
    əhəmiyyətli payın əldə edilməsi və özgəninkiləşdirilməsinə dair məlumatlar;
    nizamnamə kapitalının 5 (beş) faizindən artıq məbləğdə təminatın verilməsi barədə məlumat;

  • MEAS-da kimlər məlumat açıqlayır?

    Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər qiymətli kağızlar bazarı haqqında qanunvericiliklə açıqlanması nəzərdə tutulan məlumatları MEAS-da açıqlayırlar. Eyni zamanda MEAS-da qeydiyyatdan keçmiş digər emitentlər də MEAS-da məlumat açıqlaya bilərlər.

  • MEAS hansı məqsəd ilə yaradılmışdır?

    MEAS yaradılması aşağıdakı məqsədlərə xidmət edir:
    investorlara dəqiq və dolğun məlumatların çatdırılması;
    bazarda açıqlanan məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması;
    investorlarla informasiya əlaqəsinin effektivliyinin artırılması;
    məlumatların bir mənbədən və ödənişsiz qaydada əldə edilməsi;
    məlumatlara nəzarətin effektivliyinin təmin edilməsinə və informasiya asimmetriyasının aradan qaldırılması.

  • MEAS nədir?

    MEAS qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunverciliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur. MEAS QKDK tərəfindən yaradılmışdır və MEAS-ın fəaliyyətinin təşkili və idarə olunması QKDK tərəfindən təmin edilir.